Məqalə A4 (210 x 297 mm) ölçülərində olmalıdır.
• Yazı aralarında sətr aralığı “tək” olmalıdır.
• Üstdən “0”, altdan “6” nk boşluq verilməlidir.
• Səhifə kənar boşluqları “normal” (alt, üst, sağ, sol 2,5cm) olmalıdır.
• Məqalə mətni 12 punto, düz, normal, hər iki tərəfə yatıq olmalıdır.
• Məqalələrdə “APA 6” istinad və ədəbiyyat siyahısından istifadə edilməlidir.
• Məqalələrdə “UOT Kodu” müəllif tərəfindən başlıqdan sonra verilməlidir.
• Səhifələr altdan, mərkəzdə, 8 punto, düz, normal, ara boşluqları “0” olaraq
nömrələnməlidir.
Birinci səhifə
• Məqalənin başlığı, UOT kodu, Yazar haqqında məlumat, xülasə və açar sözlər yer alır.
• Mətndə başlıqlar nömrələnərək verilir:
- Əsas başlıqlar: Böyük hərflərlə qalın, düz.
- Birinci dərəcəli alt başlıq: Sadəcə ilk hərflər böyük, qalın, düz.
- İkinci dərəcəli alt başlıq: Sadəcə ilk kəlimənin ilk hərfi böyük, qalın, düz.
- Üçüncü dərəcəli alt başlıq: Sadəcə ilk kəlimənin ilk hərfi böyük, qalın,
italiq.
Cədvəllər və Şəkillər
• Cədvəllər əlaqəli mətnin içində yazılır. Bütün cədvəllər nömrələndirilir və cədvəlin
üstündə sola yatıq olaraq başlıq kimi yazılır.
• Şəkil və qrafiqlər mətnin içində yazılır. Bütün şəkil və qrafiqlər nömrələndirilir və
şəkil və qrafikin altında sola yatıq olaraq başlıq kimi yazılır.
AZƏRBAYCAN DİLİNDƏ BAŞLIQ
•Times New Roman, böyük hərflə, 14 punto, düz, qalın, mərkəzdə yer alır.
•Başlıq 12 kəliməni keçməməli, cümlə fomasına oxşamamalı, Azərbaycan dilinin
qrammatikasına uyğun yazılmalıdır.
UOT Kodu
•14, punto, düz, qalın, hər iki tərəfə yatıq yer alır.
Yazar Haqqında Məlumat:
•Times New Roman, 12 punto, düz, qalın, sağa yatıq olaraq yer alır.
Yazar haqqında məlumat qismində aşağıdakılar yer alır:
•Adı, Ata adı, Soyadı
• Elmi dərəcəsi, elm sahəsi, elmi adı
• Çalışdığı təşkilat, vəzifəsi
•Elektron poç ünvanı
XÜLASƏ (10 punto, düz, qalın, hər iki tərəfə yatıq olaraq yer alır)
•(200-250 kəlimədən ibarət xülasədə tədqiqatın məqsədi, data/məlumat/material haqqında,
tədqiqatın metodu, əldə edilən nəticələr və təkliflər qısa izah edilir.)
• Açar sözlər: (10 punto, italiq, normal, hər iki tərəfə yatıq yer alır) (Açar söz ən az
3 ən çox 5 ola bilər)
•(Yeni səhifədən, paraqraflar girintili, 12 punto, düz, notmal, hər iki tərəfə yatıq yer
alır)
Struktur
GİRİŞ – Giriş qismində mövzuya aid daha elmi ədəbiyyatda vurğu edərək nəzəri
məlumatlar verilir. Mövzunun aktuallığı, məqsədi və vacibliyi vurğulanır.
METOD – Metod qismində araşdırmada istifadə edilən metodun nəzəriyyəsi və
tədqiqata uyğunluğu haqqında məlumat yer alır. Ardından data/məlumat/materialların
toplanma texnikası və analiz metodu haqqında məlumat verilir.
NƏTİCƏ – Nəticə qismində araşdırma sonunda əldə edilən nəticələrə yer verilir.
TƏKLİFLƏR – Təkliflər qismində tədqiqat nəticəsində əldə edilənlər ilə ədəbiyyat
yer alan tədqiqat nəticələri qarşılaşdırılır. Ardından gələcək tədqiqatlara və
praktikalar üçün təkliflər verilir.
ƏDƏBİYYAT
• Babayev, E. (2018). Big data: tətbiq sahələri və analizi. NDU Elmi Əsərlər,
92(3), 15-22.
• Hacıyeva, A., Məmmədov, İ. və Cəfərov, T. (2020). Collaboration of Turkish
scholars. Collnet Journal of Scientometrics, 6, 145-159.
• Quliyev, F. və Hacıyev, M. (2015). Bilgi çağında arşivsel bilgi analizi.
Naxçıvan: Qeyrət Nəşriyyatı.
• Sempozyum Nədir?. (2007). turkedebiyati.org