img

Haqqımızda


Naxçıvan Dövlət Universitetində nəşriyyat 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır. Nəşriyyat monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edir. Tədris prosesi ilə əlaqədar bütün materiallar (jurnallar, blanklar, formalar və fənn proqramları) bu nəşriyyatda nəşr edilib struktur bölmələrə çatdırılır. Həmçinin “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni habelə elmi konfransların materialları da “Qeyrət” nəşriyyatında çap olunur.

Nəşriyyatda 1 direktor, 1 mətbəə müdiri, 1 baş redaktor, 1 redaktor, 1 qrafik dizayner, 1 aparıcı korrektor, 1 korrektor və 1 kompüter operatoru fəaliyyət göstərir.