Naxçıvan Dövlət Universitetinin nəşriyyatının rəsmi internet səhifəsi
Konfransın materialları Naxçıvanda, eləcə də kontinental iqlimin hökm sürdüyü regionlarda kənd təsərrüfatının mövcud çətinliklərini aradan qaldırılması, əhalinin sağlamlığına üstünlük verən, keyfiyyətli və təhlükəsiz orqanik qida məhsullarını təqdim etmək üçün aqroekosistemlərin idarə edilməsi yollarını əhatə edən materialları əhatə edir. Konfrans materiallarında orqanik bitki məhsullarının (yabanı və mədəni tərəvəzlər, yem və meyvə bitkiləri), orqanik heyvandarlıq və quşçuluq məhsulları (ət, süd, yumurta və s.), orqanik arıçılıq məhsullarının (bal, güləm, polen, propolis, arı südü və s.) istehsalı və emalının, orqanik su ehtiyatları (içməli, mineral və suvarma suları) və onlardan səmərəli istifadə yollarının, orqanik məhsul istehsalında istifadə edilən innovativ texnologiyaların istiqamətləri üzrə nəticələr təhlil edilmişdir.