Naxçıvan Dövlət Universitetinin nəşriyyatının rəsmi internet səhifəsi
Konfrans materialları mühakimələrin modelləşdirilməsi, teoremlərin isbatı, qərarların qəbulu və onu dəstəkləyən intellektual sistemlər, təbii dilin emalı, bilik mühəndisliyi, ekspert sistemləri, maşın öyrənməsi, bioloji sistemlərin modelləşdirilməsi, neyron şəbəkələri, neyroşəbəkələrə əsaslanan tətbiqi sistemlərin işlənməsi, bio-“təsirlənmiş” alqoritmlər, obrazların tanınması, intellektual robotlar, maşın yaradıcılığı, qeyri-səlis məntiq və idarəetmə, evolyusiya metodları süni intellekt sahəsində aparılmış tədqiqatlar əhatə edir. Materiallarda süni intellektin bütün fəaliyyət sahələrinə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, energetika, telekommunikasiya, maliyyə sektoru, səhiyyə, ticarət, təhsil, tibb, psixologiya, elm, dövlət idarəetməsi və s. təsirinə dair aparılmış və təqdim edilmiş tədqiqatları toplanmışdır.